"Bornmut"un futbolçusu "Siti"yə keçir
06.01.2026 - 15:24
"Bornmut"un futbolçusu "Siti"yə keçir

“Bornmut”un vingeri Antuan Semenyo yaxın zamanda “Mançester Siti”nin futbolçusu olacaq.

Apasport.az xəbər verir ki, qanalı futbolçu “Bornmut” forması ilə son oyununu sabah “Tottenhem”ə qarşı keçirəcək.

Həmin qarşılaşmadan sonra 25 yaşlı vingerin “Mançester Siti”yə transferi ilə bağlı razılaşmanın rəsmiləşdirilməsi gözlənilir.

Semenyo cari mövsümdə İngiltərə Premyer Liqasında 19 oyunda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə verib.