Braziliya millisinin üzvü karyerasını başa vurub
05.04.2026 - 09:38
Braziliya millisinin sabiq üzvü Oskar gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi peşəkar karyerasını başa vurub.
Bu barədə oyunçu özü məlumat verib.
Təcrübəli futbolçu ürəyində olan problemə görə futbolla vidalaşıb.
Qeyd edək ki, Oskan karyerası ərzində "San Paulo", "Çelsi", "İnternasyonal" və "Şanxay Port"un formasını geyinib. O, Braziliya millisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 12 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0