“Çelsi” kapitan Entso Fernandesi cəzalandırılıb.
Apasport.az xəbər verir ki, buna səbəb 25 yaşlı futbolçunun ölkəsinin mətbuatına verdiyi müsahibədə “Real Madrid”ə keçmək istədiyini bildirməsidir.
Bu barədə komandanın baş məşqçisi Liam Rozenyor məlumat verib.
Onun sözlərinə görə, argentinalı yarımmüdafiəçi qarşıdakı iki oyunda meydana çıxmayacaq.
London təmsilçisi sabah Federasiya Kuboku çərçivəsində “Port Vale” ilə, ayın 12-də isə Premyer Liqada “Mançester Siti” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Çelsi” Entso Fernandesi 2023-cü ilin yanvarında “Benfika”dan 121 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- DÇ-2026 - 1/8 final cütü: Argentina - Misir
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq