“Çelsi” və “Mançester Siti”ni istəmir
09.09.2023 - 16:22
"Nyukasl"ın futbolçusu Bruno Gimaras gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi komandadakı durumundan razıdır.
Bu səbəbdən də o, “Çelsi” və “Mançester Siti”nin təklifini dəyərləndirmək niyyətində deyil. Gimaras müqaviləsinmin sonunadək - 2026-cı ilədək “Nyukasl”da qalmaq fikrindədir.
Bu mövsüm artıq 4 matçda iştirak edən Bruno 2022-ci ildən bu komandanın şərəfini qoruyur.
Qeyd edək ki, orta xətt oyunçusu ötən mövsüm 40 matçda meydana çıxaraq 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0