Hüquqları Belçikanın "Gent" klubuna məxsus olan müdafiəçi Arçi Brauna transfer bazarında böyük tələbat var.
Apasport.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Mənbənin məlumatına görə, 21 yaşlı ingilis futbolçunun xidmətində bir neçə klub maraqlıdır. Futbolçu uğrunda "Milan", "Yuventus" və "Çelsi" klubları mübarizə aparacaq.
Belçika təmsilçisi futbolçu ilə 20 milyon avroya ayrılmağa hazırdır.
Qeyd edək ki, Braun 2023-cü ilin yayından “Gent”də çıxış edir. Müdafiəçinin müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub. Bu mövsüm Arçi bütün turnirlərdə 29 matçda iştirak edib, 2 məhsuldar ötürmə edib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir