“Çelsi”nin sahibi Todd Bouli klubdakı payını satmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Amerikalı investor tərəfdaşları Mark Uolter və Hansyörq Visslə birlikdə klubun 38,5 faiz səhmini “Clearlake Capital”a satmağa razılaşıb.
Sövdələşmədən sonra Behdat Eqbalinin rəhbərlik etdiyi “Clearlake Capital”in “Çelsi”dəki payı 99,9 faizə çatacaq. Razılaşmanın rəsmiləşdirilməsi son mərhələdədir.
Qeyd edək ki, “Çelsi” 2022-ci ildə 2,5 milyard funt-sterlinq qarşılığında konsorsium tərəfindən alınıb. Alıcılar kluba əlavə olaraq 1,75 milyard funt sərmayə qoymağı da öhdələrinə götürüblər.
Bouli klubun alınmasından sonra əsas sima olub. Lakin son illərdə idarəçilikdə daha az rol alıb və əsas qərarlar Behdat Eqbalinin nəzarətində olub.