“Çelsi”nin futbolçusunun evinə oğrular girib
11.11.2025 - 22:36
“Çelsi”nin futbolçusunun evinə oğrular girib

"Çelsi"nin futbolçusu Rahim Sterlinq xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az xəbər verir ki, ingiltərəli vingerin evinə oğrular girib.

Hadisə zamanı 30 yaşlı futbolçu övladları ilə birgə evdə olub. Xoşbəxtlikdən onlara heç bir zərər dəyməyib.

Yerli polis faktla bağlı araşdırmalar aparır.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Sterlinq 2022-ci ildən "Çelsi"nin şərəfini qoruyur.