ÇL: Həftənin oyunçusu bəlli olub
11.12.2025 - 20:52
ÇL: Həftənin oyunçusu bəlli olub

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VI turunun ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az xəbər verir ki, bu ada “Arsenal”ın futbolçusu Noni Madueke layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İngiltərəli vinger azarkeşlər arasında keçirilən sorğuda “Barselona”dan Jül Kunde, “Atalanta”dan Şarl De Ketelaere və “Ayaks”dan Oskar Qluxu qabaqlayıb.

Qeyd edək ki, Noni Madueke “Arsenal”ın səfərdə “Brügge” üzərində qazandığı qələbədə 2 qol vurub.