ÇL-in ən gənc heyəti – “Zalsburq” tarix düşdü
21.09.2023 - 01:21
“Zalsburq” Çempionlar Liqası tarixində meydana ən gənc heyətlə çıxıb.
Apasport.az saytı xəbər verir ki, bu, “Benfika” ilə səfər matçına təsadüf edib.
Avstriya çempionunun əsas heyətinin orta yaş həddi 21 yaş 183 gün olub. Komandanın heyətində qapıçı 27, daha bir oyunçu isə 24 yaşında meydana çıxıb. Digər futbolçular 19-22 yaşında nüfuzlu turnirdə oynamaq şansı əldə ediblər.
Qeyd edək ki, oyun “Zalsburq”un 2:0 qələbəsi ilə başa çatıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0