Dadaşov Polşa klubu ilə məşqlərə başlayıb
06.01.2026 - 16:58
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Motor”la məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, forvard Lublin təmsilçisinin qış toplanışına qoşulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Motor” yanvarın 10-dan Belekdə (Türkiyə) hazırlığa başlayacaq. Renatın bu toplanışda olub-olmayacağı dəqiqləşməyib.
Daha əvvəl Polşa klubunun Renatı satışa çıxardığı bildirilmişdi.
0
0