2030-cu ildə dünya çempionatı üç qitə və altı ölkədə təşkil olunacaq.
Apasport.az saytı xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
FİFA-nın qərarına, əsasən, turnir bütün namizəd ölkələrdə baş tutacaq. Dünya çempionatının ilk üç oyunu Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Mundialın əksər matçları Mərakeş, İspaniya və Portuqaliyada təşkil ediləcək.
Çempionatın açılış oyunu Uruqvayda yerli komandanın iştirakı ilə keçiriləcək. Argentina və Paraqvay qrupdakı ilk qarşılaşmalarını doğma azarkeşlər qarşısında oynayacaqlar. Turnirin final matçı Madriddəki “Santyaqo Bernabeu” arenasında olacaq.
Qeyd edək ki, 2030-cu ildə dünya çempionatlarının 100 illik yubileyi qeyd olunacaq. İlk turnirə 1930-cu ildə Uruqvay ev sahibliyi edib.
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi