Dimarko Premyer Liqa yolunda
12.03.2026 - 16:21
"Mançester Yunayted" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" "İnter"in müdafiəçisi Federiko Dimarkonu transfer etməyi planlaşdırır.
Mankunianlar 28 yaşlı futbolçuya 60 milyon avro təklif etməyə hazırdır. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Dimarko bu mövsüm 36 matçda 7 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0