"Dortmund" iki futbolçusu ilə yollarını ayıracaq - RƏSMİ
13.03.2026 - 16:26
"Dortmund" iki futbolçusu ilə yollarını ayıracaq - RƏSMİ

"Borussiya Dortmund" Niklas Süle və Salih Özcanla bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, komanda hər iki oyunçunun yayda başa çatan müqaviləsini yeniləməyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Onlar cari mövsümün sonunda Bundesliqa təmsilçisini tərk edəcəklər.

Qeyd edək ki, Niklas Süle və Salih Özcan 2022-ci ilin yayından "Borussiya"da çıxış edirlər.