Emiliano Martinez Premyer Liqada klubunu dəyişə bilər
21.11.2025 - 12:53
“Tottenhem” qış transfer pəncərəsində heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, London klubu hazırda “Aston Villa”da çıxış edən Emiliano Martinezi transfer etmək niyyətindədir.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
“Tottenhem” qış transfer dövründə argentinalı dünya çempionunu heyətinə qatmaq üçün “Aston Villa” ilə danışıqlar aparmağı planlaşdırır.
Qeyd edək ki, “Aston Villa” Emiliano Martinezi 2020-ci ilin yayında “Arsenal”dan transfer edib.
0
0