Emre Belözoğlunun yeni komandası bəlli oldu
03.10.2023 - 14:16
Tolunay Kafkasla yollarını ayıran “Ankaragücü”nün yeni baş məşqçisi Emre Belözoğlu olub.
Apasport.az xəbər verir ki, klubun açıqlamasına görə, Tolunay Kafkasın gedişindən sonra boş qalan məşqçi postuna 43 yaşlı Belözoğlu təyin olunub.
Məşqçi karyerasına “Fənərbağça”da başlayan Emre Belözoğlu 2 il “Başakşehir“ klubunda çalışıb. Bu mövsümün 4-cü həftəsində klubdan ayrılan gənc mütəxəssis karyerasını “Ankaragücü“ndə davam etdirəcək.
Qeyd edək ki, Emre Belözoğlu üçün bu gün mətbuat konfransı keçiriləcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0