Emreli oynadı, komandası 3 xal qazandı
04.04.2026 - 17:49
Almaniya II Bundesliqasında XXVIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” doğma meydanda “Fortuna Düsseldorf”u qəbul edib.
Ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0.
Mahir də bu matçın iştirakçısı olub. 28 yaşlı forvard görüşün 83-cü dəqiqəsində Merqim Berişanın əvəzinə meydana daxil olub.
Qeyd edək ki, “Kayzerslautern” hazırda 43 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- DÇ-2026 - 1/8 final cütü: Argentina - Misir
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
0
0