En-Nesiri "Fənərbaxça"nı tərk edir: RAZILIQ ƏLDƏ OLUNDU
02.02.2026 - 14:14
En-Nesiri "Fənərbaxça"nı tərk edir: RAZILIQ ƏLDƏ OLUNDU

Türkiyə Super Liqasında mübarizə aparan "Fənərbaxça"da ayrılıq yaşanacaq.

Apasport.az xəbər verir ki, Yusuf En-Nesiri komandanı tərk edəcək.

Bu barədə insayder Yağız Sabuncuoğlu paylaşım edib.

Onun sözlərinə görə, futbolçu "Əl-İttihad"a transfer olunacaq. Bildirilib ki, tərəflər müqavilənin şərtlərində razılığa gəliblər.

Keçidin rəsmiləşməsi üçün Səudiyyə Pro Liqasının transferə icazə verməsi gözlənilir.

İcazə veriləndən sonra barter kimi "Əl-İttihad"dan Nqolo Kante də Türkiyə klubuna qoşulacaq. Klublararası anlaşmaya görə, En-Nesiri "Əl-İttihad"a keçəcək, "Fənərbaxça" isə qarşılığında Nqolo Kanteni heyətinə qatacaq və müəyyən məbləğdə transfer məbləği qazanacaq.

Qeyd edək ki, mərakeşlı futbolçu "Fənərbaxça"ya 2024-cü ilin yayında qoşulub. Onun "sarı-lacivərdlilər"lə sözləşməsi 2029-cu ilin iyuluna qədərdir.