Enes Ünal Premyer Liqada
01.02.2024 - 21:29
"Xetafe"nin hücumçusu Enes Ünal karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, la Liqa təmsilçisi türk forvardı "Bornmut"a icarəyə verib. Bu barədə "Sky Sports" məlumat yayıb.
Enes mövsümün ikinci yarısını Premyer Liqada keçirəcək. "Bornmut" yayda 16,5 milyon avro ödəyərək 26 yaşlı futbolçunun transfer hüququna yiyələnəcək.
Qeyd edək ki, "Xetafe" Enes Ünalı 2020-ci ilin yayında "Vilyarreal"dan transfer edib. Türkiyə millisinin üzvü İspaniya klubunun heyətində bu mövsüm meydana çıxdığı 5 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0