Ernest Muçi Burak Yılmaza çatdı
19.01.2026 - 11:33
"Trabzonspor"un hücumçusu Ernest Muçi Türkiyə Super Liqasında tarixi göstəriciyə imza atıb.
Apasport.az "Opta"ya istinadla xəbər verir ki, "Trabzonspor"un "Beşiktaş"dan satın alma variantı ilə icarəyə götürdüyü Ernest Muçi ardıcıl altı oyunda qol vuraraq rekord qırıb.
Albaniyalı forvard Qara dəniz təmslçisinin "Kocaelispor", "Gençlerbirliği", "Beşiktaş", "Göztepe", "Konyaspor" və "Başakşehir"lə matçlarında fərqlənib.
Muçi Burak Yılmazdan sonra ardıcıl 6 oyunda qol vuran ilk "Trabzonspor" oyunçusu olub.
0
0