Ever Baneqa Argentinaya geri döndü
22.01.2024 - 13:07
Ever Baneqa Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunu tərk edib.
Apasport.az xəbər verir ki, 35 yaşlı mərkəz yarımmüdafiəçisi vətəni Argentinaya qayıdıb.
Veteran futbolçu bundan sonra "Nyuells Old Boyz" klubunun şərəfini qoruyacaq. Ever 2025-ci ilə kimi bu komandada çıxış edəcək.
Qeyd edək ki, “Əl-Şabab”ın heyətində 19 matçda iştirak edən Baneqa 2 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.
- Poçettinodan “Sportinq”lə heç-heçə sonrası etiraf: “Hələ bir həftədir...”
- Emre Belözoğlu: "Fənərbaxça" buralara yaraşır"
- “Fənərbaxça”da türkiyəli məşqçinin ilk zəfəri – Emre tarixə düşdü
- “Fənərbaxça”ya uduzan Arda Turan: “Liderik, amma...”
- “Yuventus” və “Nyukasl”ın hədəfində olan futbolçu qərarını açıqladı
0
0