FA Kuboku: “Siti” finalda
26.04.2026 - 00:01
FA Kuboku: “Siti” finalda

“Mançester Siti” İngiltərə FA Kubokunun finalına yüksəlib.

Apasport.az xəbər verir ki, Pep Qvardiolanın komandası turnirin yarımfinalında “Sauthempton”u 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

“Şəhərlilər”in həlledici matçdakı rəqibi “Çelsi” – “Lids” cütünün qalibi olacaq.

Komanda bu turnirin finalına ardıcıl dördüncü dəfə yüksəlir. Onlar 2023-cü ildə kuboku qazanıb, 2024-cü ildə “Mançester Yunayted”ə, 2025-ci ildə isə “Kristal Pelas”a məğlub olublar.

Klub tarixində “Siti” bu titulu 7 dəfə qazanıb.