Fabreqas Bundesliqa təmsilçisinə rəhbərlik edə bilər
10.04.2025 - 23:53
Fabreqas Bundesliqa təmsilçisinə rəhbərlik edə bilər

Bundesliqa təmsilçilərindən "Leypsiq" baş məşqçi postu üçün axtarışlarını davam etdirir.

Apasport.az xəbər verir ki, komanda, hazırda A Seriyasında çıxış edən "Komo"nun mütəxəssisi Ses Fabreqası klubun sükanı arxasına gətirməyi planlaşdırır.

Bu barədə Almaniya mətbuat məlumat yayıb.

Bu keçid baş tutarsa, "Leypsiq" İtaliya klubuna baş məşqçi üçün təzminat ödəməli olacaq.

Qeyd edək ki, Fabreqas ötən ilin iyul ayından etibarən "Komo"ya rəhbərlik edir.