Fariolidən istefa qərarı
19.05.2025 - 13:33
"Ayaks" baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Niderland təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Farioli klubdan ayrılmaq istəyib. Baş məşqçi qərarı ilə bağlı klubun idarə heyətini məlumatlandırıb.
Xatırladaq ki, 36 yaşlı mütəxəssisin komandası çempionatda 9 xal qabaqda olsa da, son oyunlarda çempionluğu əldən verib.
Qeyd edək ki, italiyalı baş məşqçi 2024-cü ilin iyul ayından Niderland klubunu çalışdırırdı.
- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
0
0