“Fənər” İtaliya millisinin üzvü ilə maraqlanır
28.12.2025 - 09:58
“İnter”in yarımmüdafiəçisi Davide Frattezi qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Fənərbaxça” yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, Milan təmsilçisi futbolçu üçün 35 milyon avro tələb edir. “Sarı-lacivərdlilər” isə Frattezini 25 milyon avroya transfer etməyi planlaşdırır.
Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm “İnter”in heyətində meydana çıxdığı 14 rəsmi oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0