"Fənərbaxça" bu mövsüm liqada cəza meydançası xaricindən vurduğu qollarla diqqət çəkib.
Apasport.az xəbər verir ki, Super Liqanın 29-cu turunda "Pendikspor"u 4:1 məğlub etdiyi matçda "bülbüllər" cəza meydançası xaricindən 2 qolla fərqlənib.
Beləliklə, "sarı-göylülər" bu mövsüm cərimə meydançası xaricindən vurduğu qolların sayını 12-yə yüksəldib.
"Fənərbaxça" Super Liqada və Avropanın 5 böyük liqasında cərimə meydançası xaricindən ən çox qol vuran komandadır.
İstanbul nəhənginin cərimə meydançası xaricindən vurduğu qolların bölgüsü belədir:
İrfan Can Kahveci: 4 qol
Cengiz Ünder: 4 qol
Mert Hakan Yandaş: 2 qol
Sebastian Şimanski: 2 qol
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir