"Fənərbaxça" Portuqaliya millisinin üzvü ilə maraqlanır
03.04.2026 - 15:44
"Fənərbaxça" Portuqaliya millisinin üzvü ilə maraqlanır

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” “Mançester Siti”nin üzvü Bernardo Silva ilə yaxından maraqlanır.

Bu barədə xarici KİV məlumat yayıb.

İddialara görə, İstanbul təmsilçisi portuqaliyalı yarımmüdafiəçini yayda transfer etməyi planlaşdırır. Bildirilib ki, 31 yaşlı oyunçu ilə “Barselona” və “Yuventus” klubları da maraqlanır.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm “şəhərlilər”in heyətində keçirdiyi 42 rəsmi matçda 3 qol və 5 assistlə yadda qalıb.