“Fənərbaxça” qarşısıalınmazdır
22.09.2023 - 14:39
“Fənərbaxça” qələbələrini sıralamağa davam edir.
Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi son olaraq Konfrans Liqasının ilk matçında Danimarka “Norşellann”ını məyus edib.
“Sarı-lacivərdli”lərin 3:1 hesabı ilə qalib gəldiyi oyunda Migel Krespo, Mişi Batşuayi və Sərdar Əziz fərqlənib. Bununla da İsmail Kartalın yetirmələri ardıcıl 11-ci matçında da qalib gəlib.
Qeyd edək ki, Türkiyə Super Liqasının yeni mövsümündə 4 qarşılaşmaya çıxan İstanbul klubu 100 faizlik nəticə ilə turnir cəıdvəlinin ilk pilləsində yer alır.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0