UEFA Çempionlar Liqasının növbəti turu çərçivəsində bu gün keçiriləcək “Monako” – “Qalatasaray” matçının hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, qarşılaşmada dördüncü hakim funksiyasını hollandiyalı Allard Lindhaut yerinə yetirəcək.
Maraqlıdır ki, Lindhaut bundan əvvəl “Fənərbaxça” klubunun UEFA-ya rəsmi şəkildə şikayət etdiyi hakimlərdən biridir. İstanbul təmsilçisi cari mövsümdə Avropa Liqasında "Viktoriya Plzen"lə keçirilən matçda Lindhautun verdiyi qərarlardan ciddi narazılıq bildirmiş və bununla bağlı UEFA-ya müraciət ünvanlamışdı.
“Fənərbaxça” həmin görüşdə Lindhautun bir çox epizodda verdiyi qərarların oyunun gedişinə birbaşa təsir etdiyini əsas gətirmiş, klub lehinə penalti qərarının verilmədiyini və VAR müdaxiləsinin yetərsiz qaldığını vurğulamışdı. Klub hakimin idarəçiliyini “standartlardan kənar” kimi qiymətləndirmişdi.
Buna baxmayaraq, UEFA hollandiyalı hakimi növbəti təyinatlarda da siyahıdan kənarlaşdırmayıb. Lindhaut Çempionlar Liqasının vacib qarşılaşmalarından biri olan “Monako” – “Qalatasaray” oyununda dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Bakı vaxtilə saat 00:00-da başlayacaq “Monako” – “Qalatasaray” matçının baş hakimi Danny Makkeli olacaq.
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
- Türkiyədə mərc qalmaqalı böyüyür: 22 hakim və 27 futbolçu PFDK-ya göndərilib
- Qarnaçodan "Yunayted"liləri qıcıqlandıran açıqlama: "Doğru an və doğru klub..."