"Fənərbaxça"da kütləvi istefa – Növbədənkənar seçki keçiriləcək
23.07.2026 - 15:51
"Fənərbaxça"da kütləvi istefa – Növbədənkənar seçki keçiriləcək

"Fənərbaxça" Futbol A.Ş.-də İdarə Heyətinin yeddi üzvü istefa verib.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi açıqlama yayıb.

Məlumata görə, Ali Gürbüz, Erdem Sezer, İlkər Alkun, Mahmut Nedim Uslu, Olcay Doğan, Ufuk Şansal və Yavuz Selim Demir öz istəkləri ilə vəzifələrindən ayrılıblar.

Klub rəhbərliyi istefaları qəbul edib.

Boş qalan yerlərin doldurulması məqsədilə bu gün keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinə yeni üzvlərin seçilməsi qərara alınıb.