"Fənərbaxça"nın "6 nömrə" transferinə alternativ
20.09.2023 - 15:46
“Fənərbaxça” daha bir futbolçusu ilə müqavilənin müddətini artırır.
Apasport.az saytı xəbər verir ki, “sarı-lacivərdlilər” 26 yaşlı portuqaliyalı yarımmüdafiəçi Migel Kresponun meneceri ilə danışıqları müsbət yöndə tamamlayıb.
Türkiyəyə dəvət olunan "6 nömrə"nin agenti yaxın günlərdə İstanbul təmsilçisi ilə yeni sözləşmənin imzalanacağını bildirib. Müqavilənin müddəti ilə bağlı hələlik açıqlama verilmir.
Qeyd edək ki, "Fənərbaxça"nın heyətində 74 matça çıxan Kresponun klub ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0