Lionel Messinin ABŞ Açıq kubokunun finalında oynaması sual altındadır.
Apasport-az-ın məlumatına görə, ulduz futbolu “İnter Mayami”nin son məqşində iştirak etməyib.
“Toronto” ilə görüşdə zədələnən Messinin hələ tam sağalmadığı bildirilir. Komandanın baş məşqçisi Xerardo Martine Lionelin meydana çıxıb-çıxmayacağına oyundan bir neçə saat əvvəl aydınlıq gələcəyini deyib. Təcrübəli mütəxəssis həlledici qarşılaşmada futbolçunun xidmətindən istifadə etmək arzusunu da gizlətməyib.
Qeyd edək ki, “İnter Mayami” – “Dinamo Hyuston” matçı sentyabrın 28-də saat 04:30-da start götürəcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”