"Real"ın prezidenti Florentino Peres Klian Mbappe transferi barəsində danışıb.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkubokunun yarımfinal mərhələsinin “Real” – “Atletiko” oyunundan (5:3) sonra azarkeşlərdən biri ona müraciət ünvanlayıb.
O, 76 yaşlı funksionerdən Mbappenin alınmasını xahiş edib: “Florentino, sən ən yaxşı prezidentsən. Bizə Kilian Mbappe lazımdır. Xahiş edirik, bu transferi həyata keçir”.
Maraqlıdır ki, Peres azarkeşin bu sözlərinə cavab olaraq “mən səninlə razıyam” ifadəsindən istifadə edib.
Qeyd edək ki, PSJ-nin forvardının “Kral klubu”na keçəcəyi iddia olunsa da, hələlik bu transfer baş tutmayıb.
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda