Fransa millisinin üzvü ölkəsinə qayıda bilər
24.04.2025 - 16:53
Fransa millisinin üzvü ölkəsinə qayıda bilər

İtaliya A Seriyası təmsilçilərindən “Roma”nın üzvü Manu Kone karyerasını ölkəsində davam etdirə bilər.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi ilə PSJ yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, Liqa 1 təmsilçisi oyunçu üçün mövsümün sonunda “qurdlar”a təklif göndərəcək.

Xatırladaq ki, 23 yaşlı futbolçu “Münhenqladbax”dan “Roma”ya 18 milyon avro qarşılığında transfer olunub.

Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.