Gimnastlarımız beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
15.04.2024 - 09:47
Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində 7 qızıl medal qazanıblar.
Apasport.az xəbər verir ki, birinci böyüklər, ikinci isə gənclər arasında bu nailiyyətə imza atıb.
Şəms Müvəffəgi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə, Zəhra Cəfərova isə çoxnövçülük və topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı
0
0