Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən çempionatda kişilərin təkbətək yarışında dünyanın 5 nömrəli rusiyalı tennisçisi Andrey Rublev yarımfinalda dünya 23-cüsü qazaxıstanlı Aleksandr Bubliklə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) “Dubay Duty Free” Tennis Çempionatında rusiyalı tennisçi Andrey Rublev yarımfinal matçında xətt hakiminə qışqıraraq aqressiv davranış nümayiş etdirib.
Rusiyalı tennisçi xətt hakiminə qışqırdığı və idmana yaraşmayan ifadələr işlətdiyi üçün diskvalifikasiya edilib. Qərardan sonra Rublev təəccübünü gizlədə bilməyib.
Rublev defolt olaraq məğlub hesab edildiyi və təşkilatdan kənarlaşdırıldığı üçün turnirdən pul mükafatı almaq hüququnu itirib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir