Hummels karyerasını bitirəcəyi vaxtı açıqladı
18.09.2023 - 17:31
Mats Hummels mövsümün sonunda karyerasını bitirməyi düşünür.
Apasport.az saytı xəbər verir ki, 34 yaşlı mərkəz müdafiəçisinin Dortmund "Borussiya"sı ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.
Almaniya millisinin veteran müdafiəçisi 2024-cü ilin yayında peşəkar futbolla vidalaşmağa hazırlaşır. Ailəsi və dostları ilə qərarını müzakirə etdiyini deyən Hummels yaşıl meydandan getdikdən sonra futbol sahəsində çalışmağa planlaşdırır.
Qeyd edək ki, “Borussiya” ilə yanaşı, “Bavariya”nın da şərəfini qorumuş Hummels bu mövsüm 4 oyun keçirib və iki qol vurub.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0