Futbol tarixinin ən əhəmiyyətli futbolçuları olan Lionel Messi və Kriştiano Ronaldo meydanda rəqib olaraq yenidən qarşı-qarşıya gələcəklər.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən Ər-Riyad Mövsüm Kubokunda Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubu Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr"lə qarşılaşacaq.
İki ulduz arasında əvvəllər keçirilmiş 36 matçdan 16-da Messi, 11-də Ronaldo qalib gəlib, 9-da isə heç-heçə qeydə alınıb. Bu matçlarda Messi 22, Ronaldo isə 21 dəfə toru silkələyib.
Xatırladaq ki, Ər-Riyad Mövsüm Kubokunun ilk oyununda “Əl-Hilal” “İnter Mayami”ni 4:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Ər-Riyaddakı Kingdom Arenada keçiriləcək "Əl-Nassr" - "İnter Mayami" matçı sabah baş tutacaq.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi