İnfantino: “FIFA olmasaydı, futbol 150-dən çox ölkədə mövcud olmazdı”
30.12.2025 - 15:27
İnfantino: “FIFA olmasaydı, futbol 150-dən çox ölkədə mövcud olmazdı”

FIFA prezidenti Canni İnfantino 2026-cı il Dünya Çempionatı üçün biletlərin yüksək qiyməti ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.

Apasport.az xəbər verir ki, qurum rəhbəri Dubayda təşkil olunan Ümumdünya İdman Sammitində çıxışı zamanı qiymət siyasətinin turnirin xərclərinin qarşılanmasına və dünya miqyasında futbolun inkişafına xidmət etdiyini vurğulayıb:

“Əsas məsələ ondan ibarətdir ki, bu gəlirlər yenidən futbolun inkişafına yatırılır. Əgər FIFA olmasaydı, futbol 150-dən çox ölkədə mövcud olmazdı. Dünya Çempionatından əldə edilən gəlirlər hesabına futbol yaşayır və həmin vəsait yenidən oyunun inkişafına sərf olunur”.

Xatırladaq ki, son dövrlərdə bir çox azarkeş DÇ-2026 üçün nəzərdə tutulan bilet qiymətlərinin əvvəlki turnirlərlə müqayisədə xeyli baha olmasından narazılıq edib.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.