İnfantino İspaniyaya inanır: Onlar favorit olmalıdırlar
10.03.2026 - 14:01
İnfantino İspaniyaya inanır: Onlar favorit olmalıdırlar

FIFA prezidenti Canni İnfantino DÇ-2026 üçün favoritini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barəd AS nəşri məlumat yayıb.

Qurum rəsmisi İspaniya millisini çempionluğa ən real namizəd saydığını söyləyib:

"Əlbəttə ki, İspaniya favoritlərdən biridir. Biz artıq İspaniyanın güclü tərəflərini bilirik. Reytinqdə birinci yeri tutan komanda dünya çempionatında favorit olmalıdır".

DÇ-2026 11 iyun-19 iyul tarixlərində 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.