“İnter”in futbolçusu Lautaro Martinez gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, 26 yaşlı hücumçu italyanlarla müqaviləsinin müddətini artımağa hazırdır.
Argentina millisinin üzvü “nerazurri”dəki durumundan və komandanın çıxışından razıdır: “Bəli, agentim mənə yeni təkliflər haqda məlumat verir. Ancaq Milanda xoşbəxtəm. Yaxın günlərdə klubla müzakirələr başlayacaq”.
Qeyd edək ki, 2021-ci ildən “İnter” formasını geyinən Martinezin komandası ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm 4 matçda meydana çıxan forvard 5 qol və 2 assistlə yadda qalıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”