“Bu mövsüm çempion olacağıq”.
Apasport.az xəbər verir ki, “Fənərbaxça”nın futbolçusu İrfan Can Kahveci maraqlı açıqlamaları ilə gündəm olub.
Mövsümə əla start verən 28 yaşlı hücumameyilli yarımmüdafiçi çempionluq şanslarının yüksək olduğunu düşünür: “Yeni mövsümdə çempion olacağımıza inanıram. Komandadakı atmosfer əladır. Hər kəs qələbəyə fokuslanıb. Bu uğurlu gedişatı davam etdirmək üçün çox çalışırıq”.
Məğlubiyyətsiz gedişatın sirrinin birgə hərəkət etməkdə olduğunu deyən Kahveci azarkeşlərdən onları dəstəkləməyə davam etməsini istəyib.
Qeyd edək ki, Türkiyə Super Liqasında yeni mövsümdə keçirdiyi 7 matçdan da qələbəylə ayrılan “Fənərbaxça” turnir cədvəlinin ilk pilləsində yer alır. Komanda əzəli rəqibi “Qalatasaray”ı 2 xal qabaqlayır.
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi