İspaniyalı hücumçu "Latsio"dan ayrılacaq
13.04.2024 - 14:16
"Latsio"nun hücumçusu Luis Alberto yayda Roma klubundan ayrılacağını açıqlayıb.
Apasport.az xəbər verir ki, Alberto bu barədə "Football Italia"ya açıqlama verib:
“Bilirəm ki, bu, “Latsio”dakı son mövsümümdür. Klubdan daha çox pul almaq istəmirəm, müqaviləyə xitam vermək üçün artıq ərizə vermişəm. Düşünürəm ki, mənim kənara çəkilməyimin vaxtıdır” deyib.
Qeyd edək ki, 31 yaşlı ispaniyalı 2016-cı ildə "Liverpul"dan "Latsio"ya keçib. Bu mövsüm o, bütün turnirlərdə 39 oyuna çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı
0
0