“Latsio”nun müdafiəçisi Nuno Tavareş karyerasını “Atletiko”da davam etdirə bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər mümkün transferin şərtləri ilə bağlı məlumat əldə etmək üçün kluba müraciət ediblər.
Hazırda məsələ yalnız maraq səviyyəsindədir – klublar arasında konkret danışıqlara hələ başlanmayıb. “Latsio” 2025-ci ilin yayında portuqaliyalı futbolçunun transfer hüquqlarını “Arsenal”dan 5 milyon avroya alıb. Buna qədər Tavareş Roma təmsilçisində icarə əsasında çıxış edirdi.
25 yaşlı müdafiəçinin “Latsio” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA