"Qalatasaray" İngiltərə Premyer Liqasında çıxış edən "Fulhem"dən Karlos Vinisiusu mövsümün sonuna kimi heyətinə qatıb.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılı" komandanın yeni transferi Karlos Vinisius klub televiziyasına açıqlama verib.
Karlos Vinisius açıqlamasında deyib: "Azarkeşlərimiz məni ilk andan tək qoymadılar. Çox sağ olun. Məni qarşılayan hər kəsə təşəkkür edirəm. Klubun məqsədləri uğrunda mübarizəyə başlamaq üçün çox həyəcanlıyam. Ümid edirəm ki, ən qısa zamanda azarkeşlərimizlə görüşəcəm. Və hədəflərimizə birlikdə nail olacağıq".
Qeyd edək ki, braziliyalı hücumçu "Qalatasaray"da 95 nömrəli formanı geyinəcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər