Kayode “Siti” yolunda
07.04.2026 - 13:45
Kayode “Siti” yolunda

“Mançester Siti” heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub “Brentford”un futbolçusu Mikael Kayode transfet etməyi planlaşdırır.

"Şəhərlilər” 21 yaşlı müdafiəçi üçün rəsmi təklif hazırlayır. "Brentford" Kayode üçün 58 milyon avro tələb edir.

Onunla “Mançester Yunayted” və “Nyukasl” da yaxından maraqlanır.