“Latsio”nun futbolçusu “Milan”a keçə bilər
23.04.2025 - 15:15
“Latsio”nun futbolçusu “Milan”a keçə bilər

“Latsio”nun futbolçusu Matteo Genduzi karyerasını “Milan”da davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Lazio Channel” portalı məlumat yayıb.

“Qırmızı qaralar” 26 yaşlı yarımmüdafiəçini yay transfer dönəmində heyətinə qatmaq niyyətindədir.

Fransalı futbolçu bu mövsüm 42 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.