İsveçrə millisinin sabiq baş məşqçisi Vladimir Petkoviç Əlcəzair millisini çalışdıracaq.
Apasport.az Əlcəzair Futbol Federasiyasına (FAF) istinadla xəbər verir ki, İsveçrə millisinin və "Latsio"nun sabiq çalışdırıcısı Vladimir Petkoviç Əlcəzair millisinə baş məşqçi təyin edilib.
60 yaşlı bosniyalı mütəxəssislə müqavilənin şərtləri dəqiqləşdirilməyib.
O, Afrika Millətlər Kubokunda uğursuz çıxışından sonra vəzifəsindən uzaqlaşdırılan Djamel Belmadini əvəzləyib.
Qeyd edək ki, Petkoviçin son iş yeri 2021/22 mövsümündə çalışdırdığı Fransa “Bordo”su olub. Bosniyalı 2012-2014-cü illərdə "Latsio"ya rəhbərlik edib və romalılarla İtaliya kubokunu qazanıb (2013).
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir