Legioner limiti ilə bağlı yeni qərar
18.04.2025 - 19:35
Legioner limiti ilə bağlı yeni qərar

Türkiyə Super Liqası ilə bağlı daha bir qərar verilib.

Apasport.az xəbər verir ki, bunu TFF-nin mətbuat xidməti açıqlayıb.

2025-26 mövsümündən legioner limitində dəyişikliklər olacaq.

Belə ki, komandaların heyətlərində 14 əcnəbi futbolçu yer ala biləcək. 

Onlardan ikisinin təvəllüdü 2003-cü il və ya daha az olmalıdır. 

2026-27 mövsümündə isə bu rəqəm 4-ə yüksələcək.