“Lion”a bir zərbə də FİFA-dan
02.10.2023 - 23:21
FİFA “Lion”un futbolçu transferini araşdırmağa başlayıb.
Apasport.az saytı xəbər verir ki, söhbət komandanın 19 yaşlı hücumçusu Ernest Nuamdan gedir.
Qanalı futbolçu Belçikanın “Molenbek” klubundan 25 milyon avro qarşılığında fransızlara qoşulub. Məsələ burasındadır ki, hər iki klub “Eagle Football” şirkətinə məxsusdur. Əslində isə Belçika komandası “Lion”un farm-klubudur.
Qeyd edək ki, təhqiqat Liqa 1-in aparıcı klublarının tələbi ilə başlayıb. Komandalar bu transferdə maliyyə fırıldağından şübhələnirlər.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0