"Liverpul" matçında rekord
01.04.2024 - 15:58
İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində "Liverpul" doğma meydanda "Brayton"u qəbul edib.
Apasport.az xəbər verir ki, görüş Yurgen Kloppun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mersisayd klubunun mətbuat xidmətinin məlumatına görə, “Enfild”də izləyici rekordu qeydə alınıb. Görüşdə 60 061 azarkeş iştirak edib. Arenanın ümumi tutumu 61 276 tamaşaçıdır.
Qeyd edək ki, mersisaydlılar ikinci yerdə qərarlaşan London “Arsenal”ını 2 xal qabaqlayıb.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı
0
0